Əsas Səhifə > Slayd > Azərbaycan bütün imkanları ilə Türkiyənin yanında olmağa hazırdır

Azərbaycan bütün imkanları ilə Türkiyənin yanında olmağa hazırdır


30-07-2021, 15:46

Azərbaycan bütün imkanları ilə Türkiyənin yanında olmağa hazırdır - Deputat

"Qardaş Türkyədə baş verən meşə yanğınları hər bir azərbaycanlıda böyük təəssüf və kədər hissi yaratı. Azərbaycan xalqı qardaş türk xalqının bu faciəvi yanğın da öhdəsindən gələcəyinə inanır və bütün imkanları ilə onun yanında olmağa hazırdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini və Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirib:
 
"Prezident eyni zamanda dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə etdi. Bundan dərhal sonra Azərbaycanın Baş naziri Əli Əsədov qardaş ölkənin vitse-prezidenti Fuad Oktayla əlaqə saxlayaraq Azərbaycanın hər cür yardım etməyə hazır olduğunu bildirdi. Hazırda isə Azərbaycan Respublikası Prezidentinin tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların ən qısa zamanda qardaş Türkiyəyə göndərilməsi istiqamətində tədbirlər görülür. Lazım olacağı təqdirdə həm texniki yardımın həcmi, həm də şəxsi heyət sayının atrırılması da nəzərdə tutula bilər”.
Deputat hesab edir ki, Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır:

 

"Təmənnamız odur ki, bir daha qardaş ölkədə belə kədərli hadisələr yaşanmasın və Türkiyə ilə Azərbaycan yalnız sevincli günlərdə biri-birilərinin yanında olsun”.

Geri qayıt