Əsas Səhifə > Slayd > ABŞ və Çinin ümumi maraq dairələrini müzakirə etdilər
ABŞ və Çinin ümumi maraq dairələrini müzakirə etdilər10-09-2021, 09:48 |
ABŞ Prezidenti Co Bayden və ÇXR Sədri Si Cinpin arasında telefon danışığı olub. “Qafqazinfo” Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər geniş strateji müzakirələr aparıblar. “Maraqlarımızın üst-üstə düşdüyü sahələri, həmçinin maraqlarımızın, dəyərlərimizin və baxışlarımızın ayrıldığı sahələri müzakirə ediblər. Onlar hər iki qrup məsələni açıq və birbaşa müzakirə etmək barədə razılığa gəliblər”, - Ağ Evdə qeyd ediblər. Bayden və Si Cinpin, həmçinin iki ölkə arasında rəqabətin münaqişəyə çevrilməməsi üçün ABŞ və Çinin məsuliyyətini müzakirə ediblər. “Prezident Bayden ABŞ-ın Hindistan-Sakit okean regionunda və bütün dünyada sülh, sabitlik və çiçəklənməyə daim maraqlı olduğunu vurğulayıb. İki lider (onlar arasında) rəqabətin münaqişəyə çevrilməməsinə görə hər iki ölkənin məsuliyyətini müzakirə ediblər”, - Ağ Evdə qeyd ediblər. Bayden Si Cinpinlə söhbətində ABŞ-ın Hindistan-Sakit okean regionunun sabitliyində maraqlı olduğunu vurğulayıb.
Geri qayıt |