Əsas Səhifə > Slayd > Bugünkü iclasda YAP-dakı vəzifələrini

Bugünkü iclasda YAP-dakı vəzifələrini


10-09-2021, 21:34

Bugünkü iclasda YAP-dakı vəzifələrini itirdilər

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın Bakı şəhəri üzrə təşkilat sədrləri yeniləri ilə əvəz edilib.

"AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı, Nizami rayon təşkilatının sədri deputat Sədaqət Vəliyeva tutduğu vəzifələrdən azad edilib.

Onların yerinə sözügedən təşkilatlara yeni sədrlər təyin edilib. Belə ki, Ramin Vəlibəyli Nizami rayon təşkilatının, Bəxtiyar Nəbiyev Yasamal rayon təşkilatının, Azər Süleymanov Nəsimi rayon təşkilatının, Muxtar Nağıyev Səbail rayon təşkilatının sədrləri seçilib.

YAP-da onlara yeni vəzifə verildi - Siyahı + Yenilənib

Qeyd edək ki, T.Əhmədov və Ş. Hacıyev 2015-ci ildən sözügedən rayon təşkilatlarına sədrlik edib.


Geri qayıt