Əsas Səhifə > Slayd > CƏLİLABADA YENİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ

CƏLİLABADA YENİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ


14-09-2021, 13:59

Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Cəlilabad rayonunun yeni icra başçısı Rafiq Cəlilov uzun illər Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb. 

Bu qurum İqtisadiyyat Nazirliyinin tabeliyinə verildikdən sonra da onun vəzifəsi dəyişməyib. O, Prezidentin köməkçisi, Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş rəhbəri Kərəm Həsənova yaxın şəxsdir. Cəlilabadın icra başçıs postuna R.Cəlilovun təqdimatının onun tərəfindən verildiyi istisna olunmur. 

 

 

Qeyd edək ki, Cəlilabad rayonunun sabiq başçısı Namiq Zeynalov 2020-ci ilin dekabrın 8-də həbs edilib. Səbail Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib və sonralar bu müddət bir neçə dəfə uzadılıb. Yaxın günlərdə N.Zeynalovun cinayət işinin məhkəməyə göndəriləcəyi bildirilir. 

 


Geri qayıt