Oktyabrın 26-da Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz Əl Səud arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.
Məlumata əsasən, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər. “Söhbət zamanı siyasi nizamlanma prosesi və oktyabrın 23-də Vyanada Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyə xarici işlər idarələrinin iştirakı ilə keçirilən dördtərəfli görüş nəzərə alınmaqla digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”, məlumatda deyilir.