Əsas Səhifə > Slayd > Nazarbayev istefa verdi
Nazarbayev istefa verdi5-01-2022, 19:54 |
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində məlumat verib. Tokayev bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etdiyini bildirib. Qeyd edək ki, 30 ilə yaxın müddətdə Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezident postundan getsə də, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini qoruyub saxlamışdı. O, həmçinin “Nur Otan” partiyasının lideridir. Geri qayıt |