Əsas Səhifə > Slayd > Ramil Usubov əmr imzaladı
Ramil Usubov əmr imzaladı29-10-2015, 13:18 |
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq. Geri qayıt |