Əsas Səhifə > Slayd > Deputatdan Ancelina Coliyə bənzədilməsi haqda

Deputatdan Ancelina Coliyə bənzədilməsi haqda


21-09-2022, 16:09

Deputatdan Ancelina Coliyə bənzədilməsi haqda açıqlama

Millət vəkili Fatma Yıldırım sosial şəbəkələrdə onun adından yayılan sitatla bağlı açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, iki gündür sosial şəbəkələrdə adından həqiqəti əks etdirmiyən, “feyk” xəbərlər paylaşıldığını bildirib:

“Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarekterli məlumatlar tamamilə yalandır!

Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!”.

Qeyd edək ki, Fatma Yıldırımın müsahibə verdiyi və həmin müsahibədə “Seçicilərim məni Ancelina Coliyə bənzədir” dediyi iddia olunurdu.

 


Geri qayıt