Əsas Səhifə > Slayd, Cəmiyyət > Fəvvarələr meydanında aksiya, həbslər var (FOTO)

Fəvvarələr meydanında aksiya, həbslər var (FOTO)

29-12-2013, 18:04
"Fəvvarələr meydanında aksiya olub. ANS PRESS-in musavat.az istinadən verdiyi məlumata görə, Əllərində plakatlar olan gənclər "Fəvvarələr" meydanında oturaraq "Qazimiz ölməsin, vətən morqa dönməsin" şüarları səsləndirirlər.

Ən son məlumatına görə, daha 3 nəfər aksiya iştirakçısı saxlanılıb. Hazırda meydanda demək olar ki, polsilərdən başqa heç kəs qalmayıb.

Bu dəqiqələrə olan məlumata görə, "Fəvvarələr meydanı"nda yüzlərlə mülki geyimli polis əməkdaşı növbə çəkir. Daha dörd maşın polis əməkdaşı gətirilib. Artıq polis 10-a yaxın aksiya iştirakçısını saxlayıb. Onların arasında AXCP gənclər təşkilatının fəal üzvləri də var.

Onların sırasında gənc fəal Samir Poladov da var. Saxlanılanların hara aparıldıqları hələlik məlum deyil.

Hazırda meydanda demək olar ki, polsilərdən başqa heç kim qalmayıb.

Geri qayıt