Əsas Səhifə > Slayd > Ərdoğan Qurana görə İsveçi hədələdi: “Daha NATO ilə bağlı

Ərdoğan Qurana görə İsveçi hədələdi: “Daha NATO ilə bağlı


24-01-2023, 12:59

Best Recep Tayip Erdogan GIFs | Gfycat

Ankara yenə də İsveçin NATO-ya daxil olmasını ratifikasiya etməkdən imtina etməklə hədələyir. Ərdoğan Nazirlər kabinetinin iclasından sonra bəyanat yayaraq, aksiyanı sərt tənqid edib. O, İsveçə Türkiyənin NATO-ya üzv olmaq üçün dəstəyini "gözləməməyi" tövsiyə edib. 
"AzerTaym.az" qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Haber 7 yazır.
"İsveçdəki çirkin hərəkət insanların, o cümlədən müsəlmanların əsas hüquq və azadlıqlarına hörmət edən hər kəsə təhqirdir <...> Qurana qarşı bu iyrənc hücumun Türkiyə səfirliyinin qarşısında baş verməsi bu məsələni bizim üçün aktuallaşdırır, həm dini, həm də milli <...> Ölkəmizin səfirliyi qarşısında belə biabırçılıq edənlər artıq bizdən onların NATO-ya üzv olmaq üçün müraciətlərini təsdiq etməyi gözləyə bilməzlər”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, ifrat sağçı "Sərt xətt” partiyasının rəhbəri Rasmus izah edib ki, tədbir ifadə azadlığı ilə bağlı qanunlara uyğun olaraq razılaşdırılıb.
41 yaşlı danimarkalı hüquqşünas və ifrat sağçı "Sərt xətt” Partiyasının qurucusu Rasmus Paludan iki gün öncə Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranı yandırıb.  Əvvəllər - 2019, 2020, həmçinin 2022-ci ilin aprelində dəfələrlə Quranın yandırılması kampaniyası keçirib. Siyasətçi bir neçə dəfə islam əleyhinə nümayişlər də təşkil edib və bu nümayişlər kütləvi davalara çevrilib. 2020-ci ildə Danimarka məhkəməsi tərəfindən irqçilik, böhtan və təhlükəli sürücülük kimi 14 müxtəlif ittihamla bir ay həbs və daha iki aylıq sınaq cəzasına məhkum edilib.
Ad - 00:28
Azərbaycan Xarici İşlər Nazirliyi ilə bir arada digər islam ölkələrin dövlət qurumları bu aksiyanı pisləyən bəyanatla çıxış ediblər. Ayrı-ayrı şəhərlərdə etiraz aksiyaları keçirilib. 
Türkiyə Xarici İşlər Nazirliyi İsveçi Stokholmda Quran yandırma tədbirinə icazə verdiyinə görə qınayıb. Xarici İşlər Nazirliyi bunu NATO-ya üzv olmaq üzrə öhdəliklərin pozulması adlandırıb. Bunun fonunda Türkiyə İsveçin müdafiə nazirinin səfərini ləğv edib. Stokholm da öz növbəsində islamofobiyanı dəstəkləmədiyini, lakin ölkədə "geniş fikir azadlığının” olduğunu bəyan edib. 
Bu aksiya Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən də tənqid edilib. O, Rasmus Paludanı "əclaf” və "Danimarka Satanist Partiyasının lideri” adlandırıb.
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü hazırda müttəfiqlər tərəfindən ratifikasiya mərhələsindədir. Blokun 30 üzvündən 28-i artıq Skandinaviya ölkələrinin alyansa daxil olmasını təsdiqləyib: indiyədək yalnız Türkiyə və Macarıstan bunu etməyib. Eyni zamanda, Macarıstanın baş naziri Viktor Orban 2022-ci il noyabrın sonunda bildirib ki, gələn il ölkə parlamenti Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiq edəcək.
İsveç və Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq üçün bu ilin iyununda müraciət ediblər. Əvvəlcə Skandinaviya ölkələrinin daxil olmasına qarşı çıxan Türkiyə üçtərəfli memorandumun imzalanmasından sonra etirazlarını geri götürüb.
Türkiyə Stokholm və Helsinkinin NATO-ya üzvlüyü, Skandinaviya ölkələri isə Ankaranın bir sıra şərtlərini yerinə yetirmək istəklərini dəstəkləməyə söz verib. Onların arasında PKK-ya dəstəyi dayandırmaq və partiyanın 70-dən çox üzvünü Türkiyəyə ekstradisiya etmək tələbi var.

Geri qayıt