Əsas Səhifə > Slayd > "Vallah, onlar deputatları tanımırlar" - Abid Şərifovdan
"Vallah, onlar deputatları tanımırlar" - Abid Şərifovdan9-07-2024, 21:23 |
“Qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”. AzerTaym.az bildirir ki, bu sözləri Manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov deyib. O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını deyib: “İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah, orada deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı heç bir dəftərdə yoxdur”. Müxbirin “Bəs parlamentin yaşlı deputatları ilə bağlı nə deyə bilərsiniz?” sualına Abid Şərifovun cavabı belə olub: “Qocalara gəldikdə isə mən o barədə çox şey danışmayacağam. Bütün qoca deputatlara cansağlığı arzulayıram. Onlara uğurlar diləyirəm”. Geri qayıt |