Əsas Səhifə > Slayd > Muxtar Babayev: Qarşıdakı 12 gün ərzində çox iş
Muxtar Babayev: Qarşıdakı 12 gün ərzində çox iş11-11-2024, 12:34 |
Problemlər təcili həll edilməli, çox iş görülməlidir. Bu 12 gün ərzində danışıqlar çətin olacaq, lakin fikir ayrılıqları aradan qaldırılmalıdır. AzerTaym.az bildirir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində bildirib. "Biz siyasi və maliyyə məhdudiyyətlərini başa düşürük, lakin bu investisiyalar özünü doğruldacaq", - o bildirib. Geri qayıt |