Əsas Səhifə > Slayd > ZAUR HÜSEYNOVU VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yeni təyinat
ZAUR HÜSEYNOVU VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yeni təyinat20-12-2024, 22:30 |
Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olub. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirib.
![]()
Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib. Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.
![]()
Prezidentin digər Sərəncamı ilə Vüsal Yusif oğlu Aslanov "Bakı Metropoliteni”nə sədr təyin edilib. Vüsal Aslanov 2016-cı ilin sentyabr ayından "Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müavini vəzifəsində çalışıb. V.Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Mülki və Təsərrüfat Hüquqi fakultəsini fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsini qazanıb. 2004-cü ildən "Azərinşaatservis” MMC-də hüquq müşaviri vəzifəsində, daha sonra Biznes İnkişafı Departamentinin direktoru vəzifəsində çalışıb. 2005-2006 illərdə Hərbi Xidmətdə olub. 2006-2013 illərdə "Azərinşaatservis” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentinin direktoru, İdarəetmə və hüquqi işlər üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib. V.Aslanov 2010-2014 illərdə "Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. 2013-2015 illərdə "Azərcon” ASC-nin direktoru vəzifəsində çalışıb. 2014-2015 illərdə əlavə iş yeri olaraq, "Retro-Park” MTK-nin sədri vəzifəsində çalışıb. 09.10.2015-ci il tarixindən 20.07.2016-cı il tarixədək "Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri kimi fəaliyyət göstərib. Evlidir, 3 övladı var. Geri qayıt |