Əsas Səhifə > Slayd > Hindistan-Pakistan müharibəsi – Modinin islamofob düşüncəsinin
Hindistan-Pakistan müharibəsi – Modinin islamofob düşüncəsininDünən, 15:42 |
Hindistan Pakistana qarşı “Sindur” adlı hərbi əməliyyata başlayıb. Sindur - hinduizmdə evli qadınların fərqləndirici nişanı olan narıncı-qırmızı rəngli tozdur. O, ənənəvi olaraq saç düzümünün bir hissəsinə və alına nöqtə şəklində çəkilir. O qadın enerjisi timsalındadır və s. Pakistan Müdafiə Nazirliyi sərhədyanı şəhərləri hədəf alan Hindistanın raket zərbələri barədə məlumat yayıb. İslam respublikasının Baş naziri Şahbaz Şərif Hindistanın hücumunu “müharibə aktı” adlandırıb: “Pakistanın Hindistan tərəfindən təhrik edilən bu müharibə aktına qətiyyətlə cavab verməyə tam hüququ var. Artıq qətiyyətli cavab verilib”. Baş nazirin sözlərinə görə, Hindistanın zərbələri Pakistan ərazisindəki beş yaşayış məntəqəsinə dəyib. Pakistan ordusunun baş komandanı Səid Asim Munir bildirib ki, hücum nəticəsində azı 26 mülki şəxs ölüb, 46 nəfər yaralanıb. ![]() ![]() Məlumata görə, Pakistan Hindistanın beş döyüş təyyarəsini, o cümlədən Fransa istehsalı olan üç “Rafale” qırıcısını və SSRİ-Rusiya istehsalı olan bir “Su-30MKI”, bir “MiQ-29”u vurub. Hindistan isə bununla bağlı hələ ki şərh verməyib. Pakistan Silahlı Qüvvələri Hindistan Cammu və Kəşmir bölgəsinin Pakistanın nəzarəti altında olan Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirib. Pakistan 48 saat müddətinə hava məkanını bağlayıb. İslam Respublikasının Silahlı Qüvvələri Hindistan ordusunun briqada qərargahını vurduğunu bildirib. Hindistan ordusunun mətbuat xidməti sosial şəbəkə səhifəsində yazıb: “Ədalət zəfər çaldı! Yaşasın Hindistan!” Nyu-Delhi bildirib ki, hücumların hədəfi “Ceyş-i-Məhəmməd” və "Ləşkər-i-Taiba" qruplarının rəhbərləri olub. Pakistan Xarici İşlər Nazirliyi təsdiqləyib, bəyanatında Hindistanı Pakistanın suverenliyini pozmaqda ittiham edib. Nazirlik vurğulayıb ki, Hindistanın “məsuliyyətsiz hərəkətləri” nüvə silahına malik olan dövlətləri böyük münaqişəyə yaxınlaşdırıb. Pakistan Silahlı Qüvvələrinin media və ictimaiyyətlə əlaqələr bölməsinin baş direktoru Əhməd Şərif Çaudri bildirib ki, Hindistan Şərqi Əhmədpur şəhərində iki məscidə zərbə endirib. Pakistan hakimiyyəti Hindistana məxsus beş qırıcını vurduğunu bəyan edib. Baş nazir Şahbaz Şərif mayın 7-də Pakistan Milli Təhlükəsizlik Komitəsinin iclasını çağırıb. ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasındakı münaqişənin qızğın fazaya keçməsini "rüsvayçılıq" adlandıraraq, onun tezliklə həll olunacağına ümid etdiyini bildirib. “Reuters” məlumatına görə, Hindistan hakimiyyəti Pakistana qarşı əməliyyatla bağlı ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Rusiya rəsmiləri nümayəndələri ilə əlaqə saxlayıb. Pakistan son günlərdə ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Koreya və başqaları ilə Hindistanın yaratdığı gərginlik üzrə öz mövqeyini aktiv şəkildə təqdim etmək üçün əlaqə saxlayıb. BMT Baş katibi Antonio Quterreşin nümayəndəsi Stefan Dujarrik bildirib ki, Quterreş Hindistanın hərbi əməliyyatından son dərəcə narahatdır. O, hər iki ölkəni maksimum hərbi təmkinə çağırıb. ![]() ![]() BMT Təhlükəsizlik Şurası tərəfləri hərbi münaqişələrdən çəkinməyə və danışıqlar aparmağa çağırıb. Hazırda Pakistan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, Hindistan isə bu quruma daxil olmasa da, digər üzvlərlə danışıqlar aparır. Cammu və Kəşmir münaqişəsində tərəflərdən biri olan Çin Hindistan və Pakistan arasında münaqişəni pisləyərək, tərəfləri "əvvəlcə sülhə şans verməyə" çağırıb: “Biz Cənubi Asiyada vəziyyətin inkişafından ciddi narahatıq. Pakistan və Hindistanı maksimum təmkin göstərməyə və münaqişəni dərinləşdirə biləcək addımlardan çəkinməyə çağırırıq”. Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanla Pakistan arasında gərginliyin artmasından narahatlığını bildirib. Nazirliyin bəyanatında Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib: “Tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”. Hindistanda çıxan “Indian Express” nəşri bu hücumu “qisas variantı” adlandırıb. Pakistanın “Dawn” nəşri bildirib ki, Hindistanda yenidən Pakistanı cəzalandırmaq barədə danışmağa başlayıblar: “Hətta tələskənlikdən çəkindirən az sayda insanlar belə Armageddon başlatmadan Pakistanı necə cəzalandırmaq barədə düşünürlər. Hindistanın Kəşmiri işğalına etiraz edən səslər demək olar ki, eşidilmir”. “Dawn” qeyd edib ki, bu hadisələrlə bağlı ciddi müzakirə aparmaq lazımdır: “Çünki bu cəfəngiyyatda olan məsuliyyətsizlik və yalançı lovğalıq təkcə Pakistan və Hindistan vətəndaşlarına deyil, coğrafi olaraq, həm də Cənubi Asiya Ölkələrinin Regional Əməkdaşlıq Assosiasiyası (SAARC) adlı qrupa daxil olan digər ölkələrə də təsir edir”. “Daily Pakistan” qəzeti diplomatik mənbələrə istinadən yazıb ki, Hindistan Pakistanın sərt cavabından narahat olaraq, vasitəçilər yolu ilə gərginliyi azaltmağa çağırıb. Məlumata görə, Hindistan ərəb ölkələrinə, xüsusən də Birləşmiş Ərəb Əmirliklərinə müraciət edərək Pakistanla sərhəddə gərginliyin azaldılmasına köməklik göstərməsini istəyib. Əmirliyin xarici işlər naziri Şeyx Abdullah bin Zayed tərəfləri təmkinli olmağa, gərginliyi azaltmağa, regional və beynəlxalq sülhü təhdid edən addımlardan çəkinməyə çağırıb. ABŞ-nin “The New York Times” qəzeti isə bildirib ki, Hindistanın zərbələrinin dəqiq xarakteri aydın deyil. Raketlərin təyyarələrdən, yoxsa yerdən buraxıldığını müəyyən etmək olmur. ![]() ![]() Mayın 7-i hücumunu Hindistan və Pakistan arasında münaqişənin kəskinləşməsinə oxşadırlar. İddialara əsasən, həmin il “Ceyş-e-Məhəmməd” qruplaşmasından olan intiharçının törətdiyi partlayış nəticəsində 45 hindistanlı polisi ölmüşdü. Onda Hindistan cavab olaraq Pakistana qarşı sanksiyalar tətbiq edərək, Pakistana zərbə endirmişdi. Hindistanın hava əməliyyatı qırıcısının vurulması ilə başa çatmışdı. Onda hər iki tərəfin siyasətçiləri razılığa gələrək, münaqişəni müharibəyə çevirilməsinin qarşısını ala bildilər. 2019-cu ildə Nyu-Delhi və İslamabad razılığa gəlsə də, Cammu və Kəşmirdəki münaqişə yenə həll olunmamış qaldı. ABŞ Prezidenti Donald Tramp jurnalistlərin Hindistan və Pakistan arasında münaqişənin yeni mərhələsi ilə bağlı sualına cavab olaraq deyib: "Mən sadəcə ümid edirəm ki, bütün bunlar çox tez bitəcək". İran Hindistan və Pakistan arasında münaqişənin yeni mərhələsinin həllində vasitəçilik etməyə hazır olduğunu bildirmişdi. Ancaq xarici işlər naziri Abbas Ərakçinin ötən gün Hindistan və Pakistana səfəri nəticəsiz başa çatıb. Hindistan hakimiyyəti haqlı olduğunda israr edir. Xarici işlər nazirinin birinci müavini Vikram Misri keçmişdə baş verənləri xatırladaraq, Pakistanı “terrorçu infrastruktura” qarşı heç bir addım atmamaqda ittiham edib. Hindistanla Pakistan arasında müharibələr əsasən, Cammu və Kəşmir məsələsinə görə baş verib. Rəsmi Nyu-Delhi son illər Kəşmirin konstitusiyada təsbit edilən muxtariyyət hüququnun ləğv edərək, vəziyyətin gərginləşməsinə təkan verib. Hindistanın Xarici İşlər Nazirliyi Nerandra Modinin bu əyalət və ölkə üzrə müsəlmanlara qarşı apardığı ayrı-seçkilik tədbirlərini təəssüf ki, unudur. Heç şübhəsiz bütün terror və qanunsuz silahlı qrupların fəaliyyəti arzuedilən deyil. Ancaq belə qruplaşmalara qarşı birgə mübarizə aparmaq üçün əməkdaşlıq etməkdənsə, Hindistanın mülki əhalinin yaşadığı ərazilərə, məscidlərə raket hücumu məntiqi sayılmır. ![]() ![]() 2019-cu ildə də Modi hakimiyyətdə idi. Oxşar vəziyyətin həmin il yaranması təsadüfi deyildi. Çünki o anti-müsəlman siyasi görüşü və fəaliyyəti ilə Pakistanla münasibətlərin daim gərgin qalmasına çalışıb. Onda məlum münaqişədən sonra Pakistanın ovaxtkı Baş naziri İmran Xan hindistanlı həmkarını hər iki ölkənin xalqlarının rifahı naminə birgə fəaliyyət göstərməyə çağırmışdı. Ancaq ötən altı ildə rəsmi Nyu-Delhi həmin razılaşmaların əleyhinə fəaliyyət göstərib. Nerandra Modinin bu müddət ərzində atdığı məsələ üzrə atdığı addımlar Pakistana və müsəlman dünyasına sayğısızlığı əks etdirib. Belə ehtimal etmək olar ki, N. Modi Cammu və Kəşmir məsələsini müharibə yolu ilə həll etmək istəyir. Ona görə də son altı ildə bu istiqamətdə fəaliyyət göstərib. Bölgədəki silahlı qruplaşmaları zərərsizləşdirmək adı altında Pakistana qarşı müharibə aparır. Belə düşünmək olar ki, rəsmi Nyu-Delhi Cammu və Kəşmir münaqişəsini Qəzza zolağındakı vəziyyətlə eyniləşdirir. Ona görə İslam Respublikasına qarşı müharibəni “antiterror əməliyyatı” kimi beynəlxalq ictimaiyyətə sırımağa səy göstərir. Ancaq bu məsələlərin bütün istiqamətlər üzrə bir-birindən fərqləndiyi açıq-aşkardır. Odur ki, Modinin Cammu və Kəşmir münaqişəsini müharibə yolu ilə həll etmək arzusu və planı elə niyyət olaraq qalacaq. Müharibə Hindistanın özündənrazı, antimüsəlman hökumətinə silkələnmə effekti verə bilər. Modi və komandasının islamofob əməllərindən çəkindirmək üçün təkan verər. Bu hadisələr Nerandra hökumətinin yürütdüyü antimüsəlman, anti-Pakistan siyasətinin iflası, Modinin istefası ilə nəticələnər. Belə ehtimal etmək olar ki, baş naziri ictimai rəydə nüfuzunu qaldırmaq üçün müharibə üsulunu məqbul sayıb. O, bu yolla həm də vəd etdiyi çoxsaylı sosial problemlərin həllindən ictimai rəyi yayındırmağa səyi göstərir. Bu müharibə də başa çatacaq. Ancaq Modinin Hindistanın imicinə, etibarına vurduğu zərbənin nəticələri qalacaq. Yenidən etibar və etimad qazanmaq üçün Hindistan yenidən cəhdlər edəcək.
Pakistanın müdafiə naziri Xavaja Asif Bloomberg-ə müsahibəsində bildirib ki, ölkəsi qarşı tərəfə düşmənçilik nümayiş etdirməyib, Nyu-Delhi geri çəkilərsə, gərginliyə son qoyulacaq: “Son iki həftə ərzində dəfələrlə demişik ki, Hindistana qarşı heç vaxt düşmənçilik xarakterli heç nə başlatmamışıq”. Hindistan çoxmilli, deməli, həm də çoxmədəniyyətli dövlətdir. Rəsmi Nyu-Delhinin Pakistana qarşı müharibə aktının islamofob mahiyyəti ölkədə dini, etnik dözümsüzlüyə səbəb ola, tolerantlığa mənfi təsir göstərər. Bu isə onun daha 15 ölkəyə parçalanmasına səbəb olar. 2022-ci ildə Hindistanda Modinin tərəfdarları ölkənin rəmzi olaraq tanınan, 1632-1653-cü illərdə Moğol memarlıq üslubunda mərmərdən tikilmiş 74 metrlik məscidi söküb, dağıtmaq istəyirdi. O, 2014-cü ildən hakimiyyətdədir. Odur ki, bu müddət ərzində artıq ikinci dəfə Pakistana hücum onun Hindistanda yürütdüyü, Cənubi Qafqazda Azərbaycana münasibəti ilə ifşa olunan anti-islam siyasətinin davamıdır. Modi hindus şovinistlərinin xəyallarındakı qədim Bharatiyanı qurmaq istəyir... Sədrəddin İsmayılov Geri qayıt |