Əsas Səhifə > Slayd > Müsəlman ölkələrində Qurban bayramı necə qeyd edilir...
Müsəlman ölkələrində Qurban bayramı necə qeyd edilir...Dünən, 19:19 |
Bu gün dünyanın hər bir yerində yaşayan müsəlmanlar İslam dininin iki müqəddəs bayramından biri olan Qurban bayramını qeyd edirlər. Lakin Qurban bayramının qeyd edilməsi ölkədən-ölkəyə dəyişir. Bəzi ölkələrdə Qurban bayramının necə keçirildiyini qeyd edirik. Azərbaycan Ölkəmizdə Qurban bayramı xüsusi sevinc və coşğu ilə qeyd olunur. Bayrama görə rəsmi olaraq iki gün qeyri-iş günüdür. Birinc günü insanlar bayram namazı qılır. Bundan sonra isə qurbanlar kəsilir. Bayramda evə qonaqların gəlməsi və qonaq getmək ənənəvi hal alıb. Kəsilən qurbanlar daha çox ehtiyacı olanlara, kimsəsizlərə, yaxın qohum-əqrəbaya paylanılır. Azərbaycanda Qurban bayramında dəvə, öküz (dana), qoç kəsilir. Türkiyə Qardaş Türkiyədə bayramın ilk günü sabah namazının ardından qurban kəsilir. Adətən yaxın qohumlar və dostlar birləşərək iribuynuzlu heyvan kəsirlər. Bununla da bayramın ilk gün toplu şəkildə bayramlaşma olur. Bayram günləri coşğulu keçir. Uşaqlar böyüklərdən aldıqları cibxərcliyi ilə əylənir, böyüklər isə dərdlərindən uzaqlaşıb xoş söhbətlər edirlər. Hər evdə ət bişir, qonaqlar qarşılanır və insanlar sabaha qədər sevinc içində vaxt keçirirlər. Türkmənistan Türkmənistanda da bayram namazından sonra qurban kəsilir. Bu ölkədə Qurban bayramı bir karnaval ab-havasında qeyd edilir. Xüsusi konsert və şənliklər keçirilir. Küçələrdə qurulan böyük yelləncəklər bayramın vazkeçilməzlərindəndir. Ənənvi geyimlərlə yelləncəkdə əyləşməyin pis düşüncələrdən təmizlənməyə kömək etdiyinə inanırlar. Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstanda bayram sabahı qılınan namazın ardından məscidlərin həyətində müxtəlif tədbirlər və tarixi idman nümayişləri keçirilir. Məhz bu tədbirlər bayramını coşğusunu artırır. ran İranda xalq İslam təqvimi ilə Zilhiccə ayının 10-cu gününü digər müsəlmanlarla birlikdə Qurban bayramı kimi qeyd edir. Lakin ölkənin müxtəlif bölgələrində fərqli adətlər mövcuddur. Yeni paltarlar geyinmək, bayram ziyarətləri etmək, ailə böyükləri ilə görüşmək, təzə evli gəlinlərə hədiyyə aparmaq kimi adətlər İranda geniş yayılıb. Bayrama özəl olaraq xüsusi şirnilər, yeməklər hazırlanır. Bəzi bölgələrdə qurbanlıq heyvanlar bir-iki gün əvvəldə rəngli parçalarla bəzədilir. Əlcəzair Bu ölkədə də Qurban adətləri yaşadılmaqdadır. Qurbanlıq heyvanlar adətən bayramın üçüncü günü kəsilir. Eyni gündə xalq fərqli bölgəlrədə böyük süfrələr açır. Bu süfrələrin olmazsa-olmazı ənənəvi “məlfuf” adlı kələm dolmasıdır. Qətər Bu ölkədə yerləşən Katara ve Aspire Park kimi ərazilərdə interaktif nümayişlər, müxtəlif tədbirlərlə bayram şənlikləri keçirilir. Həmin şənliklərə çox sayda insan qatılır. Malayziya Malayziyada müsəlmanlarla buddistlər birgə yaşayırlar. Məhz bu birgəyaşayış iki fərqli inancın mədəni rituallarının bir-birinə təsir göstərməyinə səbəb olur. Bayramda küçələr və qurbanlıqlar müxtəlif formalarda bəzədilir, hətta rənglənərək nümayiş etdirilir. Mərakeş Bu Afrika ölkəsində Qurban “Böyük Bayram” olaraq məşhurdur. Hazırlıqlara çox əvvəldən başlanılır, insanlar yer dəyişdirirlər. İqtisadi şərait bayramını seyrinə təsir göstərir. Hökumət məmurların maaşını tez ödəyir və özəl bayram kreditləri təklif edir. Bu ölkədə ən diqqətçəkən adətlərdən biri qurbanlıqların böynuzlarının arasına xına yaxılmasıdır. Bunun uğur gətirdiyinə inanılır. (modern.az) Geri qayıt |