Əsas Səhifə > Slayd > “RUSİYA 2017-ci ildə “BANKROT” olacaq”
“RUSİYA 2017-ci ildə “BANKROT” olacaq”11-02-2016, 22:02 |
Məşhur milyarder və maliyyəçi Corc Soros 2017-ci ildə Rusiyanın müflis olacağını deyib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, tanınmış iş adamı 2017-ci ildə Rusiyanın xarici borclarını ödəməyə başlayacağını və bunun qarşısını almaq üçün Rusiya prezidentinin Avropa Birliyini çökdürməyə çalışdığını deyib. “Putin rejimi 2017-ci ildə xarici borclarını ödəməyə başlayanda iflas olacaq”. Sorosun fikrincə, Putinin ölkə daxilindəki yüksək reytinqi “cəmiyyətlə müqaviləsi” əsasında mövcuddur. Belə ki, prezident sıravi vətəndaşların maliyyə sabitliyini təmin etməlidir:“Qərb sanksiyaları və neftin ucuzluğu şəraitində Rusiya hakimiyyəti bu vədlərdən heç birini yerinə yetirə bilmir. Rusiya büdcəsinin kəsiri ÜDM-un 7%-ni təşkil edir və hökumət inflasiyanın idarəolunmaz səviyyəyə çatmaması üçün onu 3%-ə qədər azaltmalıdır. Bu və digər faktlar əhalinin yaşam səviyyəsinə mənfi təsir göstərəcək və payızda keçiriləcək parlament seçkilərində öz təsirini göstərəcək”. Sorosun fikrincə, Avropa Birliyinin parçalanması Putini sanksiyalardan xilas edə bilər və iqtisadi baxımdan ona sərfəli olardı.
Geri qayıt |