Əsas Səhifə > Slayd > Bakı üçün “YOL XƏRİTƏSİ” və müharibə planı:
Bakı üçün “YOL XƏRİTƏSİ” və müharibə planı:16-02-2016, 15:00 |
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda səfərdədir.Publika.az xəbər verir ki, səfər çərçivəsində xüsusi nümayəndə Xarici İşlər Nazirliyində və Müdafiə Nazirliyində görüşlər keçirdəcək. Rusiya mediası Ceyms Appaturayın Bakıya özü ilə Azərbaycanın NATO ilə əməkdaşlığını genişləndirmək üçün “Yol xəritəsi” gətirdiyini iddia edir. “İmperor.net” analitik portalı diplomatik mənbələrə istinadən yazır ki, NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycan Müdafiə Nazirliyində Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi ilə bağlı danışıqlar aparıb. Lakin portal iddia edir ki, Appaturayın səfərinin əsas hədəfi başqadır. Portal həmçinin, Dağlıq Qarabağda yaxın dövr ərzində müharibənin başlayacağını da iddia edib.
F. Məmmədov bildirir ki, Azərbaycan-NATO münasibətləri həm siyasi, həm də hərbi sahədə hər zaman inkişaf edib: “NATO üçün Azərbaycan strateji önəm daşıyır. Bakı həm Əfqanıstan məsələsində, həm də Cənubi Qafqazda gedən proseslərdə aktiv iştirak edir. Təbii ki, Gürcüstanın NATO-ya yaxınlaşdığı bir vaxtda Apaturayın Bakıya səfəri təsadüfi deyil. Qərb də yaxşı anlayır ki, Cənubi Qafqazda etibar ediləcək tərəfdaş nə Gürcüstan, nə də Ermənistan yox, məhz Azərbaycandır”. “Bütün bunlar Qərbə bir daha mesaj idi ki, Azərbaycan regionun ən etibarlı tərəfdaşıdır. Apaturayın səfəri də mütləq şəkildə hansısa mesaj kəsb edir. Bu gün artıq siyasi proseslər sürətlənib, dünya yeni hərbi prosesin başlanmasına şahid olur. Bu, həmçinin, tərəf seçmə zamanıdır”, - deyə o diqqəti bu istiqamətə çəkir. F. Məmmədov Rusiyanın narahatlığının anlaşılan olduğunu düşünür: “Çünki Moskva da anlayır ki, Azərbaycan etibarlı tərəfdaşdır və istənilən an onu itirə bilər. Bu Rusiya üçün kabus ssenarisidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün iki gün öncə “Azərbaycanla Rusiya arasına heç kim girə bilməz” mesajı da təsadüfi deyildi. Yəni narahatlıqlarını açıq şəkildə dilə gətirirlər”. “Bakı və NATO arasında arxa planda qalan strateji sənədlər var. Rusiyanın narahatlığı da məhz budur. Azərbaycanın hərbi və siyasi çəkisi ona sərf etmir. Səbəb regionu itirmək təhlükəsidir. Buna görə də Rusiya son ana qədər bütün vasitələrdən istifadə edərək, Azərbaycan-NATO münasibətlərini soyutmağa çalışacaq. Lakin bunun baş tutacağını hesab etmirəm”, - deyə institut rəhbəri bildirib. AzerTaym.az Geri qayıt |