Əsas Səhifə > Slayd > PREZİDENT Nəqliyyat NAZİRliyinə YENİ SƏLAHİYYƏT
PREZİDENT Nəqliyyat NAZİRliyinə YENİ SƏLAHİYYƏT26-02-2016, 23:17 |
Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib. "AzerTaym.az"-ın APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncamında əksini tapıb. Dəyişikliyə əsasən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı kimi dövlətin adından müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyəti Nəqliyyat Nazirliyinə həvalə edilib.
Geri qayıt |