Əsas Səhifə > Slayd > SELİN DİON qiyməti 30 MİLYON dollar azaltdı
SELİN DİON qiyməti 30 MİLYON dollar azaltdı4-03-2016, 12:36 |
Dünyanın ən məşhur müğənnilərindən biri, kanadalı Selin Dion ABŞ-ın Florida ştatındakı superlüks villasının satış qiymətini azaldıb. AzerTaym.az Milli.Az istinadən bildirir ki, Yupiter Aylend adasında yerləşən villasını 47 yaşlı müğənni 2013-cü ildə 75,5 milyon dollara satışa çıxarmışdı. Lakin o vaxtdan bəri villanı alan olmadığından S.Dion indi qiyməti 30 milyon dollar aşağı salıb və villanı 45,5 milyon dollara satmağa razı olduğunu deyib.
Geri qayıt |