TÜRKİYƏ Suriya ilə sərhədə QOŞUN YERİDİR

Türkiyə Suriya ilə sərhədə hərbi texnika və xüsusi təyinatlı dəstələri göndərib.

TRT telekanalı xəbər verir ki, hazırda Türkiyə ordusunun hərbi texnikası Hatay vilayəti istiqamətində irəliləyir.

Bildirilir ki, texnika və xüsusi təyinatlı dəstələr sərhəd-keçid məntəqələrində yerləşdiriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun yaxın günlərdə Suriya şimalında PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG-yə qarşı yeni hərbi əməliyyata başlayacağını deyib.






Fikirlər