ETSN-nin MƏTBUAT KATİBİ ilin ən yaxşı mətbuat KATİBİ SEÇİLİB

Bakıda "Xəzər” Milli Mükafatının təqdimat mərasimi keçirilib.

AzerTaym.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının səlahiyyətli şəxsləri, ictimai xadimlər, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri Sosial Media Mərkəzinin (SMM) direktoru Azər Niftiyev açaraq bildirib ki, rəhbərlik etdiyi qurum sosial şəbəkələrdə sosioloji sorğu keçirərək ilin ən fəallarını müəyyən edib. Onun sözlərinə görə, sosioloji sorğunun keçirilməsində məqsəd öz uğurlu fəaliyyəti ilə cəmiyyətin inkişafına töhfə verən, vətəndaşların rifah halının yaxşılaşdırılmasına çalışan peşəkarlara stimul verməkdir.

"Xəzər” Milli Mükafatına Milli Məclisin deputatları Qənirə Paşayeva, Çingiz Qənizadə, Musa Qasımlı, Elman Nəsirli, Naqif Həmzəyev, Pərvin Kərimzadə, həmçinin "ASAN xidmət", "Cavan” Hərəkatı, "ARB24” və "Lider” televiziyaları layiq görülüblər. Mətbuat katibləri arasında “ilin ən yaxşı”sı sorğusunda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova seçilib.

 






Fikirlər