Bu, Seçinin ikinci nigahı idi. Onlar 2011-ci ildə evləniblər. Həmin vaxt Olqa Rusiya hökumətinin Aparatında işləyirdi. Aralarındakı 25 yaş fərqinə baxmayaraq Olqa onunla nigahdan çəkinməyib. Qeyri-rəsmi mənbələrə görə bu nigahdan onların Varvara adlı qızları var.
Bildirilir ki, Olqa boşandıqdan bir neçə həftə sonra özünün İnstagram səhifəsində italiyalı “Formula-1” pilotu Françesko Proventsano ilə fotoların yayıb. Onların hələ 2015-ci ildən tanış olduqları bildirilir.
İqor Seçinin birinci arvadı Marina Seçina 90-cı illərdə bizneslə məşğul olub. Boşandıqdan sonra o, həmin vaxt vitse-premyer olan keçmiş ərinin bir neçə mülkünə sahib çıxıb. Sonradan o, biznesini daha da genişləndirib (Virtualaz.org).