Əsas Səhifə > Son xəbərlər > APARICI ATV-də yüksək vəzifəyə

APARICI ATV-də yüksək vəzifəyə


27-02-2018, 15:27

Aparıcı ATV-də yüksək vəzifəyə təyin edildi (FOTO)

"Azad Azərbaycan” (ATV) Televiziyasında növbəti təyinat baş tutub.
AzerTaym "Bizim Yol"a istinadən xəbər verir ki, ARB TV-nin strateji inkişaf marketinq və media direktoru İsmayıl Həsənov"Azad Azərbaycan” televiziyasının reklam direktoru təyin edilib. İsmayıl Həsənov eyni zamanda ARB TV-də "MediaRadar” verilişinin aparıcısı olub.
Baş tutan təyinatla bağlı "Bizim Yol" ATV-nin prezidenti Azər Xəlilovla əlaqə saxlayıb. O, açılamasında bu barədə İsmayıl Həsənovun özündən açıqlama almağı məsləhət görüb. İsmayıl Həsənov isə telefonlara cavab vermədi.


Geri qayıt