Əsas Səhifə > Son xəbərlər > Vəkili Zamirə Hacıyevanı GÜNAHSIZ HESAB edir, rusiyalı vəkil

Vəkili Zamirə Hacıyevanı GÜNAHSIZ HESAB edir, rusiyalı vəkil


14-11-2018, 09:00

Aqil Layıcov: “Zamirə Hacıyeva haqda araşdırmanın nəticəsi cinayət məsuliyyəti yaratmır”

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin vəkili Aqil Layıcov müvəkkili ilə görüşüb. O, bu barədə modern.az-a məlumat verib, deyib ki, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı proseslərdən xəbərdardır: “Sonuncu dəfə ötən həftə görüşmüşük. Cahangir bəy medianı izləyir, bütün xəbərləri oxuyur.

Qeyd edim ki, mediada gedən bəzi məsələlər heç bir hüquqi əsasa söykənmir. Bəziləri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı prosesin təfərrüatını bilmədən məlumatı tirajlamaqda davam edir. Əslində ”İzah edilməmiş gəlirlər" cinayət məsuliyyəti yaratmır. Bu, sadəcə, administrativ araşdırmadır. Yəni araşdırma nəticəsində şəxsə hər hansı cəza verilə bilməz, yaxud o, əmlakdan məhrumiyyətə məruz qala bilməz. Ona görə də media bu tip mövzulara həssas yanaşmalıdır. Əksəriyyət buna cinayət kontekstindən yanaşır, məsələni həddindən artıq şişirdir. Bununla da şəxsin təqsirsizlik prezumpsiyasını pozurlar".

A.Layıcov Zamirə Hacıyeva ilə bağlı yerli mətbuatda gedən yazıların əsasən xarici KİV-lərə istinadən yayıldığını xatırlatdıqda, cavabı belə olub: “Xarici KİV-lərdə bir məlumat oxudum. Orada da qeyd olunur ki, bu, sadəcə, araşdırmadır. Və vurğulanır ki, cinayət kontekstində gedən araşdırma yox, inzibati araşdırmadır. Ona görə də inzibati araşdırma ilə, cinayət tipli araşdırmanı bir-birindən fərqləndirməliyik. Onlar tamam başqa-başqa məsələlərdir. Bəzi mətbuat orqanlarında məlumat elə yazılıb ki, sanki Zamirə Hacıyeva təqsirkardır və onu təqsirləndirilən şəxs qismində təqdim edirlər. Əslində isə Zamirə Hacıyevanın bu məsələdə iştirakı yalnız şahidlikdir. Həmin araşdırmanın nəticəsi cinayət məsuliyyəti yaratmır. Bu, bizdə də var. Müəyyən əmlaka sahib olan şəxslərin bəyənnamə vermək öhdəliyi var. Bu da onun tipli bir şeydir". Hüquq müdafiəçisi Cahangir Hacıyevin səhhətində müəyyən problemlər olduğunu da vurğulayıb: “Ümumiyyətlə o, dərmanla yaşayan insandır, narahatlıqları var. Və həyat yoldaşı ilə bağlı məsələlərdə də təbii olaraq narahatlıq keçirir”.

“Exo Moskvı” radiostansiyasının saytındakı bloqunda məşhur rusiyalı vəkil Anton İmennov vəkil Aqil Layıcovun sözlərini şübhə altına alan fikirlər paylaşıb.

Aqil Layıcov ile ilgili görsel sonucu

Virtualaz.org xəbər verir ki, o yazır ki, Z.Hacıyevanın bəyan edilmiş gəlirlərinin məbləği Naytsbric kimi nüfuzlu rayonda evin, Askotda qolf-klubun alınması, biznes-jetlərin icarəsi, “Boucheron” və “Van Cleef & Arpels” bahalı zinət əşyalarının, saatların və kolleksiya fransız şərablarının alışı ilə müqayisəedilməzdir.  Blogger iddia edir ki, qanunlar Z.Hacıyevadan yana deyil.  Belə ki, 2002-ci ilin cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında qanununun 8-ci hissəsində əksini tapır. Z. Hacıyeva isə tez-tələsik məşhur kral vəkili Ceyms Lyuisi və onun kiçik həmkarı Ben Uotsonu özünə vəkil tutaraq hüquqi hücuma keçib və əmlakı üzərində ləğvi üçün vəsatət qaldırıb. İngilis məhkəməsi isə vəsatəti təmin etməyib, çox maraqlı arqumentlər və əsaslar gətirib.

“Hakim Supperstoun qərara alır ki, bu işdə hər hansı istisna yoxdur ki, ingilis məhkəməsinə xarici məhkəmə tərəfindən, hətta bu ciddi qanun pozuntuları ilə olsa belə, çıxarılmış hökmün mövcudluğu faktını əsas götürərək hərəkət etməyə mane olsun. Baxılan xarici dövlətin cinayət məhkəməsi sistemində ciddi çatışmazlıqların olması faktı hamıya məlum həqiqət olsa da. Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik istintaq dövründə cavabdehin ərinə qarşı cinayət işinə ədalətli baxılıb-baxılmamasını müəyyən etməyə borclu deyil. İstənilən halda, məhkəməyə bu cinayət işinə aid olmayan sübutlar təqdim edilib ki, bunlar cavabdehin ailə üzvlərinin adına 35 kredit kartının buraxılması yolu ilə bank vəsaitlərinin oğurlanması ittihamlarını əlavə olaraq sübuta yetirir.

Ümumilikdə, hakim Supperstoun qərara alıb ki, Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik "Cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında" Qanunda nəzərdə tutulmuş Orderin verilməsi üçün şərtlərə əməl edib, cavabdehin hüquqlarının pozulması isə müqayisəli xarakter daşıyır və orderin ləğvi ilə bağlı vəsatət təmin edilmir.

Hakim Supperstounun qərarı ingilis məhkəmələrinin orderə müraciət edən hüquq-mühafizə orqanının hansı xüsusları sübuta yetirməli olduğunu təsbit edən ilk izahatdır. O ki qaldı bu institutun effektivliyinə, faktiki olaraq, gözlərimizin önündə hüquqi inqilab və günahsızlıq prezumpsiyasının transformasiyası baş verir - indi Böyük Britaniyada əmlakı olan, lakin onu yeni riskləri nəzərə almadan qeydiyyatdan keçirmiş və Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyin suallarına cavab vermək iqtidarında olmayan hər hansı BTB, VEB, Sberbank, Qazprombank və digər bankın şərti rəhbəri həmin əmlakla vidalaşmağa mənəvi cəhətdən hazır olmalıdır.

Özü də MDB ölkələrinin hakim elitasina aid olmaq əvvəlcədən ağırlaşdırıcı hal kimi nəzərdən keçirilir. Və Britaniya isteblişmenti ilə heç bir əlaqə kömək etməyəcək"  deyə, blogger bildirib


Geri qayıt