Əsas Səhifə > Son xəbərlər > DAHA 304 şəhid varisinə 11 min
DAHA 304 şəhid varisinə 11 min22-11-2018, 20:14 |
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında şəhid hərbi qulluqçulardan 223-ü üzrə 304 vərəsəyə də birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul olunub.
Nazir qəbul edilmiş qərarlar üzrə vərəsələrə birdəfəlik ödəniş prosesinin davam etdiyini, ödənişi alan şəxslə ödənişi həyata keçriən qurum arasında heç bir təmasın baş vermədiyini, müvafiq vəsaitin vərəsələrin bank hesablarına köçürüldüyünü diqqətə çatdırıb. Qeyd edək ki, Komissiya bu günədək artıq 447 şəhidin 585 vərəsəsinə ödəmənin verilməsi barədə qərarlar qəbul edib və onlara müvafiq vəsaitin ödənişi həyata keçirilir. Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub. Geri qayıt |