Əsas Səhifə > Son xəbərlər > Ceyhun Hacıbəylinin nəvəsi:

Ceyhun Hacıbəylinin nəvəsi:


5-12-2018, 12:17

“Mən 12 il bundan qabaq Azərbaycana gəlmişəm. Ölkə inkişafa doğru çox dəyişilib”.

Bunu jurnalistlərə  açıqlamasında Ceyhun Hacıbəylinin nəvəsi Benjamin Hacıbəyli  deyib.

O bildirib ki, Bakı çox ecazkardır.

“Bakıda çoxlu  hündürmərətəbli binalar var və Bakının mənzərəsi çox ecazkardır, qısa müddətdə Azərbaycan çox dəyişib”.

Bakıya səfər edən Paskal Hacıbəyli Buşe də Azərbaycana gəlməkdən məmnunluğunu ifadə edib:

“Bu səfər çoxmənalıdır və sizinlə görüşməkdən məmnunluq duyuram”.
Hər iki qonaq Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət edib.
Qedy edək ki, görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirləri çərçivəsində hazırda Bakıdadırlar.


Geri qayıt