30.09.2014 - Direktorların QARA GÜNÜ!

30.09.2014 - Direktorların QARA GÜNÜ! Bakıda imtahan oktyabrn 11-ə planlaşdırılır.

Bu barədə dünən nazirlik nümayəndələri direktor və müavinlərlə paytaxtdakı 95 saylı məktəbdə keçrilən görüşdə məlumat verib. Görüş iştirakçılarının İnterpress.az-a verdiyi məlumata görə, direktor və direktor müavinləri üçün imtahan test üsulu ilə olacaq. 50 sualdan ibarət test əsasən direktor və direktor müavinlərinin vəzifə səlahiyyətlərini əhatə edəcək.
İmtahanın keçiriləcəyi yer barədə hələlik açıqılama verilmir. Oktyabrın əvvəlində direktor və direktor müavinləri elektron yolla qeydiyyatdan keçəcək və onlara imtahan mərkəzi barədə məlumat göndəriləcək.
Artıq Sumqayıt məktəblərinin rəhbər vəzifəliləri üçün sözügedən imtahan keçirilib.






Fikirlər