Qadınların telefonu “təftiş etməsi” - qısqanclıq, YOXSA GÜVƏNSİZLİK?

Vəfa Rəşidova: “Bu kimi vəziyyətləri tam olaraq qısqanclığa bağlamaq  düzgün deyil”

Misirin “Darül-Fitva” tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.

Tanınmış müfti bildirib ki, qadının öz ərinin telefonunu “təftiş etməsi” haramdır və qəbuledilməz addımdır. A.Vardani qeyd edib ki, bu addım bir çox ailələrin dağılmasına səbəb olduğu üçün müvafiq fitvanı verib.

Müftinin bu bəyanatı Misirdə qadınlar tərəfindən etirazla, kişilər tərəfindən isə alqışla qarşılanıb.

Azərbaycanda da hər üç qadından biri mütləqdir ki, ərinin telefonunu gün ərzində bir dəfə də olsa təftiş edir. Çox kişilər telefonlarının parolunu ya qəliz qoyur, bəziləri isə barmaq izi edir ki, xanımları telefonların kodunu aça bilməsin. Ancaq bunun əksi olaraq telefonunun parolunu xanımına bildirən və onun telefonuna baxmasına heç bir söz deməyənlər də var ki, bu kişilər özlərinə güvənən, xanımına sadiq olan və heç bir gizli işi olmayanlardır. Ancaq kişinin telefonunu “şəxsi əşyam” deyərək xanımından gizlətməsi, tez-tez parolunu dəyişməsi qadında istər-istəməz şübhə yaradır. Çoxları bunu qadının ərinə olan güvənsizliyi, kimisi isə qısqanclıqla bağlı olan bir situasiya olduğunu düşünür. Bəzən eyni vəziyyət kişilərdə də olur. Kişilər öz xanımlarının telefonunu “təftiş edir”.

Maraqlıdır, bunun əsl səbəbi nədir: güvənsizlik, yoxsa qısqanclıq?

Image result for Psixoloq Vəfa Rəşidova

Psixoloq Vəfa Rəşidova bunun xarakterə bağlı olan bir davranış olduğunu dedi: “Bu hal özünü bir neçə şəkildə göstərir. Ona görə də bu kimi vəziyyətləri tam olaraq qısqanclığa bağlamaq  düzgün deyil, eyni zamanda ”qısqanclıq deyil" demək də doğru olmazdı. Çünki burada müəyyən məqamlar var ki, onları incələmək lazımdır. Ondan sonra bilmək olar ki, bu, qısqanclıqdan qaynaqlanan bir davranışdır,  yoxsa normal. Əgər qadın tez-tez ərinin mesajlarına, sosial şəbəkələrdə ona yazılan şərhlərə baxırsa,  “bu kimdir,  o kimdir”  deyərək sorğu- sual edirsə, demək ki, burada artıq bir şübhəçilik var. Şübhəçi adamlar elə olur ki, onlar hər bir nöqtəyə belə şübhə ilə baxırlar.  Bu, əslində dərin bir problemdir. Bu psixoloji problem olduğu üçün psixoloqa müraciət mütləqdir. Bəzi hallarda da buna hiper opeka deyirlər. Yəni mühafizəkarlıq. Xanımlar həyat yoldaşının telefonuna, sosial şəbəkələrinə qədərində baxırsa, bu normal haldır və insan xislətinə xas olan bir davranışdır. Mühafizəkar insanlar sahiblənməyi, dominantlığı çox sevirlər. Digər məqam isə güvənsizliklə bağlıdır. Bayaq dediyim kimi, paranoyak olan insanlarda təbii ki, güvənsizlik də ortaya çıxır. Əgər güvənsizlik varsa, davranış onu göstərir ki, bəlkə də xanım nə vaxtsa belə halla üzləşib. Ola bilər ki, bəyə, ya xanıma qarşı cinsin nümayəndəsi nə vaxtsa nəsə yazıb və xanım bunu görüb, beləcə güvənsizlik yaranıb.  “Ərim məni aldadar” fikri həmişə şübhəçi insanların beynində olur. “Ərim bir dəfə məni aldadıb və yenidən də edə bilər” düşüncəsi tamamilə fərqli bir yanaşmadır. Əgər bu kimi problem baş verməyibsə, amma xanım bu baş verər deyə düşünürsə, qadının əri ilə yox, öz daxili düşüncələri ilə problemi var deməkdir. Bir məqam isə eyniləşdirmədir. Təəssüf ki, bəylər də, xanımlar da bunu edir. Tutaq ki, xalam qızı ərinin telefonunda qızla yazışma tutub. Mənim ərim də birdən edə bilər düşüncəsi çox yanlışdır. İnsan nə qədər güvənsizlik nümayiş etdirərsə, bu, “dəlinin yadına daş salmaq” kimi bir şeydir. Əgər kişi xəyanət etməyibsə, edər. Çünki bu kimi davranışlar aqressiya yaradır. Kişi düşünür ki, mənə güvənmirsənsə, etməmişəmsə də edərəm. Buna görə də istər qadın, istərsə də kişi bu davranışı özünə qarşı görmək istəmirsə, aşırı şəkildə bunu etməsin, öz qədərində sevgisini, diqqətini bildirmək üçün edərsə, nə xoş o ailəyə. Yoxsa ki, “ver telefonuna baxım” deyilişi  istər bəydə, istərsə də xanımda qıcıq yaradır və etmədiyini də etdirir".






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi