43 MİN nəfərin məşğulluğu TƏMİN OLUNUB

43 min nəfərin məşğulluğu təmin olunub

“İşsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində gələn il özünüməşğulluq proqramına cari ildəkindən bir neçə dəfə çox sayda aztəminatlı ailənin cəlb edilməsi dövlət məşğulluq orqanlarının fəaliyyətinin böyük məsuliyyət və işgüzarlıq  tələb edən yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirəcək.  Ona görə də bu orqanların fəaliyyətinin müasir və səmərəli əsaslar  üzərində təkmilləşdirilməsi istiqamətində islahat tədbirlərinin sürətləndirilməsi vacib məsələlərdən biridir”. 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin kollegiya iclasında deyib.Dövlət başçısının tapşırığı əsasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində işəgötürənlərlə birgə aktiv məşğulluq tədbirləri cari ildə də davam etdirilib. Qeyd olunan pozitiv proseslər ölkəmizin əmək bazarında sabit vəziyyəti şərtləndirən müsbət meyillərin formalaşmasına şərait yaradıb. Bunu ifadə edən göstəricilərdən biri kimi, cari ilin 10 ayında məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 46 faiz azalma özünü göstərib”

S.Müslümov  qeyd edib ki, bu dövrdə məşğulluq orqanlarının xətti ilə 43 746 nəfər şəxsin məşğulluğu təmin olunub, 919 nəfər şəxs ödənişli ictimai işlərə, 76,8 min nəfər peşəyönümü tədbirlərinə cəlb olunub. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti və 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 3170 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

AzerTaym.az






Fikirlər