Ötən il AZƏRBAYCAN ərazisindən 10 MİLYON tondan çox yük DAŞINIB

“Azərbaycanın tranzit imkanları dəfələrlə genişlənib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Baakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri aparılır”.

Bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun   İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransda  iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

 O xatırladıb ki, 2015-ci ildə tranzit yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb.

 “Bu, region ölkələri arasında əlaqələri gücləndirib. Həmçinin vahid tranzit taariflərinin tətbiqi istiqamətində işlər görülüb. Nəticədə, 2017-ci ildə Azərbaycandan keçməklə 25 min tır yük daşınıb”-deyə nazir müavini əlavə edib.

 Onun sözlərinə görə, 2017-ci ildə ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb və  bu, 2016-cı ildəkindən 16 faiz çoxdur.

 “Daşınan məhsulların 81 faizi neft və neft məhsulları, qalanları qeyri-neft məhsullardır. İpək Yolu layihəsi Orta Asiya ölkələrinin dünya bazarına çıxmasına, ölkəmizin logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Azərbaycanın qonşu ölkələrlə ticarət əlaqələrinin, özəl şirkətlər arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirilir”.

 N.Səfərov onu da bildirib ki, 2017-ci ildə İpək Yoluna üzv ölkələrlə ticarət dövriyyəsi 5,3 milyard dollar olub.

AzerTaym.az

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi