ZAUR SAXTAKARLIQDA İTTİHAM OLUNAN HƏKİMİ verilişində YENİDƏN REKLAM etdi - FOTO

Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində reklam etdiyi ginekoloq Natiq Məhərrəmov saxta yolla pul qazanması xəbəri ilə gündəmə gəlmişdi.

Bundan sonra həkimin reklamı kanalda dayandırılmışdı.

Zaur verilişində açıqlama verərək "Həkimlərimizlə, təmənnasız müalicələr və müayinələrlə, edilən o yaxşılıqlarla bağlı hesabat verirəm. Kiməsə yaxşılıq etsəm, onu heç vaxt burda nümayiş etdirmərəm ki, baxın filankəsin cibinə bu qədər pul qoydum. Bunu etmərəm. Mən vasitəçiyəm deyə onu göstərirəm ki, filankəs filankəsə yaxşılıq elədi. Həkim bu xəstəni təmənnasız sağaltdı, baxın. Bizə bu tərəfi maraqlıdır. Bizə müraciət edən xəstələrin sağalması önəmlidir. Qalan heç nə mənə maraqlı deyil" sözlərini söyləmişdi.

Ötən gündən etibarən isə Z.Baxşəliyevin proqramında ginekoloq yenidən reklam olunmağa başlayıb.

Zaur ona kömək üçün müraciət edən bir xanıma üzünü tutaraq "Sənin dərdinə tək çarə Natiq idi, ona görə çağırdıq gəldi. Həkimimiz işində-gücündədir. Bir neçə gündən sonra bizimlə olacaq. Hər şey yaxşıdır, qaydasındadır" sözlərini deyib.

Qeyd edək ki, Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da yer alıb.

axşam.az
Zaur saxtakarlıqda ittiham olunan həkimi verilişində yenidən reklam etdi - FOTOZaur saxtakarlıqda ittiham olunan həkimi verilişində yenidən reklam etdi - FOTO






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi