BU İL veriləcək fitrə zəkatının MƏBLƏĞİ AÇIQLANIB

Bu il veriləcək fitrə zəkatının məbləği açıqlanıb

Bu il Azərbaycanda fitrə zəkatının adambaşına veriləcək məbləği açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməyə mükəlləfdir.
Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fitvaya əsasən, Ramazan bayramı iyunun 15-nə təsadüf edəcək.
Ramazan ayı münasibəti ilə bayram namazı sabah səhər saat 09:00-da ölkədə bayram namazı qılınacaq.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi