SABAH NƏ OLACAQ? - Xüsusi təhlükəli hadisə haqqında XƏBƏRDARLIQ

Sabah nə olacaq?

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yaymışdı.

Xəbərdə bildirilirdi ki, oktyabrın 5-6-da ölkə ərazisində hava şəraiti kəskin pisləşəcək, leysan olacaq, dolu düşəcək, dağlıq rayonlara qar yağacaq.

“Qafqazinfo” xəbər verir ki, sözügedən məlumat nazirliyin saytına “Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq” başlığı ilə yerləşdirilib.  Amma xəbərdə təhlükənin nədən ibarət olması barədə məlumat verilməyib.

Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 05-i səhərdən 06-sı gündüzədək hava şəraitinin qeyri-sabit  keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 

Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

 

 






Fikirlər