Barıt qoxulu TOVUZdan SON FOTOLAR

 Barıt qoxulu Tovuzdan son - Fotolar

Azərbaycan - Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər davam edir.

 "AzerTaym.az" bildirir ki, Oxu.Az-ın əməkdaşları cəbhədəki vəziyyətlə tanış olmaq üçün Tovuza ezam olunublar.

Onlar qızğın döyüşlərin getdiyi, dörd şəhid verdiyimiz Tovuzda əhalinin savaş əhvalını fotokameranın yaddaşına köçürüb.

Mərmi qoxulu cəbhə xəttində xalqın mübarizə əzmini heç bir düşmən təxribatı qıra bilmir. Əhali maşınlarla və ya piyada şəkildə ön xəttə doğru irəliləyir.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Azərbaycanla sərhəddə təxribatlara ara vermir. Ən son rəsmi məlumatlara görə, təxribat zamanı Azərbaycan Ordusunun dörd əsgəri şəhid olub.

Bu gün səhər saatlarından etibarən düşmən Tovuzun kəndlərini yenidən atəşə tutub.

 

Barıt qoxulu Tovuzdan son - Fotolar
Barıt qoxulu Tovuzdan son - Fotolar
Barıt qoxulu Tovuzdan son - Fotolar
Barıt qoxulu Tovuzdan son - Fotolar
Barıt qoxulu Tovuzdan son - Fotolar
Barıt qoxulu Tovuzdan son - Fotolar

 

 






Fikirlər