Tovuzda mağazalarda hərbçilərə ərzaq pulsuz verilir

Tovuzda mağazalarda hərbçilərə ərzaq pulsuz verilir

Artıq 3 gündür Tovuz rayonunda bütün mağazalarda satılan məhsullar hərbçilərə pulsuz verilir.

BAKU.WS xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində istifadəçilər yazıblar.

Bundan əlavə ərazidə kirayə qalıb, mağazaya borcu olan hərbi qulluqçuların da bütün borcları bağlanıb.

Qeyd edək ki, cəbhə bölgəsində yerləşən bölgələrdə hərbçilər üçün edilən bu güzəşt təqdirəlayiq hal kimi qəbul edilib. Sosial şəbəkə istifadəçiləri hərbçilərə qarşı bu rəftarı təqdir ediblər.






Fikirlər