Şəhid Həsənin qızı TƏLƏBƏ oldu - FOTO

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb.

Bu gün tələbə adı qazananlar sırasında 2014-cü ildə Kəlbəcərdə erməni cəlladları tərəfindən qətlə yetirilən Həsən Həsənovun qızı Özləm də var.

Bu barədə Modern.az-a Özləmin əmisi Nail Həsənov bildirib.

N.Həsənov qeyd edib ki, Özləm Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub.

Həmçinin,  N.Həsənovun  övladı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.






Fikirlər