Erməni əsgərləri üsyan edir: “Üç gündür acıq, bizi atıblar bura, gediblər” - VİDEO

Erməni əsgərləri üsyan edir: “Üç gündür acıq, bizi atıblar bura, gediblər” - Video

Sosial şəbəkələrdə Ermənistan vətəndaşları tərəfindən öz silahlı qüvvələrində fərariliyin, özbaşınalığın vüsət aldığını, orduda ərzaq və digər zəruri tələbat növlərinin çatışmazlığını əks etdirən videolar paylaşılır.

 "AzerTaym.az"-ın APA-ya istinadən təqdim etdiyi videoda erməni əsgəri kamera arxasından ordularındakı pərakəndəliyi çəkərək bunları deyir:

“Baxın, ay millət, bu artıq 2-ci gündür ki... Armavir və digər vilayətlərdən gələnlərdir. Üç gündür yağışın altındayıq, nə yemək var, nə də əsgər qalıb. Gətirib atıblar bura, gediblər. Keç kimin vecinə deyil. 3 gündür vəziyyətimiz budur.  Gəlin silahları götürək düşək aşağı – hərbi hissəyə”.

Həmin videonu digər ermənistan vətəndaşı – “Lucie Gevorgyan” imzası ilə paylaşaraq orduda vəziyyətin dözülməz olduğunu bildirir: 

“İçimizdəki düşmənlər bizə genosid edir. Azərbaycanlılar bizim halımıza baxıb məzələnirlər. Düz 2 gündür acıq. Bu videonu aidiyyəti qurumlara göndərib sonra yayın. 

Düşmən sizin kimi döyüş meydanında nələrin baş verdiyini bilməyəcək qədər sadəlövh deyil, ordumuz hər gün torpaqları təhvil verir, “qoyunlar”ımız hələ də xain Paşinyana dözürlər”

 






Fikirlər