Koronavirusa qarşı yerli immuniteti necə artırmalı? - 3 bilmədiyiniz SİRR

Koronavirusa qarşı yerli immuniteti necə artırmalı? - 3 bilmədiyiniz SİRR

Hazırda evdə koronavirusa qarşı mübarizə tədbirləri insanların ən çox ehtiyac duyduğu məsələdir.

Medicina.az ukraynalı həkim, fitoterapevt Boris Skaçkonun ağciyər xəstəlikləri,virus və öskürəyə qarşı tövsiyə etdiyi sadə metodları araşdırıb.
Həkim tənəffüs yolları ilə keçən virus və bakterial xəstəliklərə qarşı bir neçə effektiv metodu tövsiyə edir. Pandemiya dövründə bunlar əvəzsizdir.
1. Çalışın burnunuzdan nəfəs alın. Çünki burunda virusları tutub saxlayan xüsusi sistem, selikli qişa və s. daha mükəmməldir. Ağızdan virus daha tez ağciyərlərə yaylır.
2. Yaşadığınız, yatdığınız otaqda havanın quru olmasının qarşısını alın. Yay aylarında bu quru hava kondinsiner və s.-dən daha çox yaranır. Hər yerə isladılıb sıxılmış mələfə, yaş dəsmal sərin, hava təravətləndirici sprey qabının içinə su alıb, 20 damcı perekis damızdırın və hər 15 dəqiqədən bir ətrafa fısqırdın.
Yatanda çarpayının ayaq ucu tərəfə yerə ləyənlərdə su qoyun.Burdan su havaya buxarlanacaq və otaqdakı havada lazımi rütubət yaranacaq
3. Yerli immuniteti qaldırmaq üçün əl-ayağı isitmək lazımdır. Gündə 2 dəfə isti dözüləcək qədər suda ayaqlar vanna edilir, şüşə bankaya isti su töküb, ovucların arasında soyuyana kimi saxlamaqla əllər isidilir. Yatanda yun corab geyib yatın. Ətraflar belə qısamüddətli isidiləndə yerli immunitet yüksəlir.
Unutmayın ki, ağciyər alveollarındakı selik, bəlğm 97% sudan ibarətdir. Əgər ağciyərlərdə bol su olsa, həmin bəlğm virusu, bakteriyanı özünə hopdurub, öskürəklə çıxacaq. Əgər su çatışmasa, selik qatı olub, əksinə alveolları yapışıb qalacaq və onda olan bakteriyalar ağciyər toxumasına yapışacaq, burdan da bakterial infeksiya yayılacaq. Bəlğəm və öskürəkdən qorxmayın, əksinə ağciyərlərə kömək edin.






Fikirlər