Sərvər Bəşirliyə avtomobil HƏDİYYƏ edildi...

Sərvər Bəşirliyə avtomobil hədiyyə edildi

Qırmızı rəngli köhnə avtomobillə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edilib.

Teleaparıcı Tarix Əliyev (Tolik) deyib ki, Sərvər Bəşirli adlı şəxs bu gün "MTV”-də yayımlanan "Ümid ilə gəl" verilişinə dəvət olunub. Tarix Əliyev ona yeni avtomobilin alınması üçün yardım kampaniyasını başladıb və bir neçə saat sonra ona avtomobil hədiyyə etmək istəyən şəxs tapılıb. 

“Bu gün redaktorumdan xahiş etdim və  köhnə avtomobili ilə Türkiyəyə göndəriləcək yardım kampaniyasına qoşulan şəxsi tapıb efirimizə dəvət etdik. Səfər efirə gəldi. Bu zaman ürəyimdən keçdi, efirdə ağız açdım ki, bəlkə Azərbaycanın xeyirsevər oğlanlarından, qızlarından kimsə həmin qardaşa maşın bağışlamaq istəyər. Elə veriliş gedə-gedə istəyim reallaşdı. Moskvada yaşayan dostum, Baxa adlı iş adamına “Whatsapp”da yazdım, 1saat sonra ondan cavab gəldi. Elə reklam fasiləsində öyrəndim ki, o,  Sərvər Bəşirliyə avtomobil hədiyyə etmək  istəyir. İnşallah ya sabah, ya da şənbə günü gedib həmin qardaşa maşın seçəcəyik. Birinci gün canlı efirdə Səfər Bəşirliyə maşını hədiyyə edəcəyəm”. /Yenisabah.az  






Fikirlər