Əsas Səhifə > Sosial > NAZİR SON ƏMƏLİYYATLARDAKI şəhidlərə
NAZİR SON ƏMƏLİYYATLARDAKI şəhidlərə14-04-2016, 16:17 |
Aprelin əvvəllərində təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı həlak olan şəhidlərə kompensasiyanın verilməsi üçün bəzi prosedurlar icra edilməlidir.Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə aprelin əvvəllərində təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı həlak olan şəhidlərə kompensasiyanın verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirərkən deyib: "Bu məsələlər barədə indi danışmaq çox tezdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid statusunun verilməsi haqqında" qanuna uyğun olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən həmin insanlara şəhid statusunun verilməsi, onların ailələrinin şəhid ailəsi kimi qeydiyyata götürülməsi proseduru həyata keçirilməlidir".
Geri qayıt |