Əsas Səhifə > Sosial > NAZİR MÜAVİNİ:

NAZİR MÜAVİNİ:


2-05-2016, 18:15

Nazir müavini:

"Cəbhəyanı əraizlərdə baş verən hadisələr nəticəsində yaralanan xəstələrə yardım etmək üçün əlavə həkim briqadaları cəbhəyanı ərazilərə göndərilib".

 
Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, qəbul olunan bütün xəstələr müalicə edilib və onlara lazım olan bütün tibbi yardım göstərilib. 
 
Nazir müavini qeyd edib ki, ölkənin hər yerində xəstəxanalar hazır vəziyyətə gətirilib: “Uzun illər ölkənin inkişafına uyğun olaraq xəstəxanalar yenidən qurulub. Bu gün ölkənin elə bir rayonu yoxdur ki, orada yenidən qurulan xəstəxana olmasın. Ona görə də bütün xəstəxanalar hazır vəziyyətdədir və kadr potensialı barədə də heç bir problem yoxdur”. 

Geri qayıt