Əsas Səhifə > Sosial > VAHİD ƏLƏKBƏROVUN
VAHİD ƏLƏKBƏROVUN19-05-2016, 13:40 |
Rusiyada zənginliyini gizlətmək qəbul olunmayıb. Əksinə, zəginlər bununla fəxr edirlər. Yaxtalar, futbol klubları, villalar - bütün gedişlər statusunun saxlanması naminə gedir. Budur “Lukoyl”un prezidenti Vahid Ələkbərov yaxınlarda yaxtasını “zibil” dəyərinə satıb – deyirlər yalnız ona görə ki, uzunluğu onu qane etmirdi, Ələkbərov bu səbəbdən daha böyük yaxtaya sahib olub. AzerTaym.az Modern.az istinadən bildirir ki, Rusiyanın ən varlı adamlarından biri hesab olunan Vahid Ələkbərov villa seçimində də zövqünə, həm də cibinə güvənir. Məsələn, “Lukoyl”un prezidenti Skandinaviyada daşınmaz əmlak sahibidir. O, Danimarkanın Xelsinqyore şəhərində 130 kvadrat metrlik kottej sahibidir. Burada iki yataq otağı, iki avtomobil üçün qaraj və o qədər də böyük olmayan bağ var. Vahid Ələkbərtov Kopenhagendən təxminən 50 kilometr aralıqda yerləşən kotteji 2000-ci illərin ortalarında əldə edib və yerli rieltorların qiymətləndirməsinə görə, dəyəri 700 min dolardır. Rusiyanın digər milyarderlərinin xarici daşınmaz əmlak ilə müqayisədə Ələkbərovun Danimarkadakı malikanəsinin çox təvazökar olduğunu söyləmək olar. Geri qayıt |