Əsas Səhifə > Sosial > “Baku Electronics”in şöbə müdiri dələduzluqda
“Baku Electronics”in şöbə müdiri dələduzluqda23-05-2016, 18:50 |
“Baku Elektronics” Məhdud Məsuliyyətli Cəmiyyətin şöbə müdiri dələduzluqda ittiham olunur. AzerTaym.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, öz müdiri tərəfindən ittiham edilir. "Baku Electronics" MMC-nin direktoru Majid Naxjavani RPİ-yə müraciət edərək bildirib ki, 2015-ci il ərzində şirkətin Biznesin İnkişafı Departamentinin Topdan Satış Şöbəsinn rəisi, 1984-cü il təvəllüdlü Yaşar Bağırov MMC-yə məxsus 61 787 manat dəyərində hədiyyə kartlarını satıb pulu şirkətə ödəməyib. Binəqədi RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. Geri qayıt |