Əsas Səhifə > Sosial > Saytlar 'vətən xaini' yazdı, prezident İlham Əliyev Qod Nisanova

Saytlar 'vətən xaini' yazdı, prezident İlham Əliyev Qod Nisanova


2-06-2016, 20:25

Saytlar 'vətən xaini' yazdı, prezident İlham Əliyev Qod Nisanova 'Vətənə Xidmət' ordeni verdi

Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Onların arasında yəhudi əsilli azərbaycanlı iş adamı, milyarder Qod Nisanov da var. Prezident Əliyev onu Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.
Musavat.com bu faktı ona görə xüsusiləşdirir ki, son günlər Azərbaycanın bir sıra media quruluşlarlnda  Qod Nisanova qarşı kampaniya aparılır. Onu, ermənilərlə iş birliyində, vətənə xəyanətdə suçlayan yazılar dərc olunur. 
Görünür, Azərbaycan prezidenti, ölkəmizin ən məlumatlı adamı kimi, tamamilə fərqli fikirdədər. 

 


Geri qayıt