Əsas Səhifə > Sosial, Slayd > 16.04.2014. - Səlim Müslümov müəssisələri yoxlatdırır

16.04.2014. - Səlim Müslümov müəssisələri yoxlatdırır


16-04-2014, 13:16
16.04.2014. -  Səlim Müslümov müəssisələri yoxlatdırırƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək qanunvericiliyinin pozulması ilə bağlı 3 277 fakt aşkar edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib ki, bu ilin birinci rübündə həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı 3 277 fakt aşkarlanıb.

Hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyəti işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub. Eyni zamanda, tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ 2013-cü ilin ilk rübündə ödənilən məbləğlə müqayisədə 21,1 dəfə artıb
.

Geri qayıt