Əsas Səhifə > Sosial > “Guya ki, bu fiqura üçün yaxşıdır” - Millət vəkili

“Guya ki, bu fiqura üçün yaxşıdır” - Millət vəkili


24-10-2016, 15:50

Картинки по запросу musa quliyev

“Bu gün ehtiyac olmadığı təqdirdə özəl klinikalarda qeysəriyyə əməliyyatı həyata keçirilir”.

Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev parlamentdə Avropa Parlament Forumu ilə birgə keçirilən dinləmələr zamanı deyib. O qeyd edib ki, təəssüflər olsun ki, qeysəriyyə əməliyyatların sayı artyb: “Biz araşdırdıq ki, bunu daha çox ailələr, qadınlar tələb edir. Guya ki, bu fiqura üçün, rahat doğuş üçün yaxşıdır. Amma bütün bunlar yanlışdır. Sağlamlıq üçün təbii doğuşun həyata keçirilməsini həkimlər məsləhət görməlidir”.

O eyni zamanda qız uşaqlarının doğulacağı təqdirdə onun abort edilməsi çox yanlış olduğunu vurğulayıb: “Bu bizim mentalitetimizə ziddir. Uşağın cinsinə görə əməliyyat aparılması cinayət məsuliyyəti yaradır”.


Geri qayıt