Əsas Səhifə > Sosial > “Mahmudov və bandası yüksək vəzifəli şəxslərin danışıqlarına qulaq asırdı”-
“Mahmudov və bandası yüksək vəzifəli şəxslərin danışıqlarına qulaq asırdı”-27-10-2016, 16:10 |
Bu ilin avqustunda İsveçərdə referendumla qanunvericiliyə edilən dəyişikliyə görə artıq xüsusi xidmət orqanları vətəndaşların icazəsi və xəbəri olmadan onların telefon danışıqlarına qulaq asa biləcək. Referendumla qanunvericiliyə edilən dəyişikliyə görə, İsveçrədə kəşfiyyat və əks-kəşfiyyat qurumları vətəndaşların sosial şəbəkələrdəki profillərinə daxil olmaq və hətta şəxsi poçt ünvanlarına da girmək hüquqları alıb. “Bütün vətəndaşların telefon danışıqlarına qulaq asmaq yaxşı olmaz…”
“Xüsusi xidmət orqanlarına vətəndaş etibar edə bilməlidir…” Deputat söyləyib ki, Azərbaycanda baş verən “MTN” hadisələrindən sonra vətəndaşlarda xüsusi xidmət orqanlarına münasibət hələ tam birmənalı deyil: “MTN vasitəsilə Azərbaycanda törədilən hadisələrdən sonra xüsusi xidmət orqanlarının vətəndaşların danışıqlarına fasiləsiz və istədikləri formada qulaq asması o qədər də birmənalı qarşılanmaz. Çünki insanların təhlükəsizlik orqanları ilə tam əməkdaşlığı üçün müəyyən bir yol keçilməlidir. “Eldar Mahmudovun “bandası” çox rahat hərəkət edirdilər…” Zahid Oruc vurğulayıb ki, təhlükəsizlik və xüsusi xidmət orqanları vətəndaşın danışıqları və yazışmalarını etibar edilə biləcək səviyyəyə çatmalıdır: “Təhlükəsizlik orqanlarındakı əməkdaşlar özlərinə məxsus əqidə, düşüncə və ideologiyalara malikdirlər. Onlar nə qədər iradəli insanlar olsalar da, vətəndaşların hüquq və azadlıqlarını azalda və şəxsi mənafeləri üçün əldə etdikləri informasiyalardan istifadə edə bilərlər. “Terrorçuluqla mübarizədə səs yazılarına və yazışmalara…” Deputat əlavə edib ki, terrorçuluq və ekstremizmlə mübarizədə vətəndaşların danışıqlarına və yazışmalarına nəzarət etmək olar, amma bu məhdud şəkildə aparılmalıdır: “Mən hesab edirəm ki, Azərbaycanın təhlükəsizlik amili hər zaman 1-ci yerdədir. Buna görə də hüquqların müəyyən mənada məhdudlaşdırılması qəbul olunandır. Geri qayıt |