Əsas Səhifə > Sosial > Daha bir icra başçısı yola salınır

Daha bir icra başçısı yola salınır


4-12-2016, 11:15

Daha bir icra başçısı yola salınır- Mahir Quliyev

Rayonlarımızda meydan sulayan icra başçılarının əksəriyyəti ali təhsil almayıb. Söz yox ki, onların bioqrafiyasında hansısa özəl ali məktəbi bitirmələri haqqında qeyd var. Amma bir balaca araşdırma aparanda bəlli olur ki, bu icra başçılarının diplomu saxtadır.

"Biləsuvarın icra başçısı Mahir Qarayev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə Bakı şəhərində "Naxçıvan” Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib.
Bu məlumat vikipediya saytından götürülüb. Amma diqqətlə baxanda adicə, ali təhsili olmayan bir adamın qəfil icra başçısına çevrilməsi o qədər müəmmalı görünür ki, biz də bu qaranlığa işıq salmağa çalışdıq.
"Mahir Quliyev 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik” qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, işləyib.
1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1980-1981-ci illərdə "Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə Səbail rayonunda (o zaman bu rayon "26 Bakı Komissarı” adlanırdı) İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib”.
Mahir Quliyevin ayrılmış vəsaitləri hansı yollarla mənimsədiyi də ortaya çıxdı
Son vaxtlar ölkə mətbuatında Biləsuvar rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanır, o zaman rayonda durumun getdikcə kritik vəziyyətə yaxınlaşması barədə təxmini təsəvvür almaq olar. 
Rayonda rüşvətxorluq və korrupsiya hallarının artması
İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün biləsuvarlıları ən çox narahat edən məqamlardan biri, rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyətinin böyük əksəriyyəti bu kimi halların başında məhz Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin durduğunu təsdiq edirlər.
Bu xüsusda mənbələr həmçinin belə bir iddia da irəli sürürlər ki, edilən şikayətləri araşdırmaq və müvafiq təbdirlər görmək əvəzinə Biləsuvarın icra başçısı tamam fərqli bir siyasət işlədir. Lakin buna baxmayaraq, etibarlı mənbələrdən aldığımız məlumatlar Mahir Quliyevin tənqidəlayiq fəaliyyətini işıq üzünə çıxarır.
Hesablama Palatasının hesabladığı yeyintilər
Bu faktlarla yanaşı, Azərbaycan Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2013-2015-cı illərdə Biləsuvar rayon İcra Hakimiyyətinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini müzakirə edən zaman Mahir Quliyevin ayrılmış vəsaitləri hansı yollarla mənimsədiyi də ortaya çıxdı.
Həmin faktların kiçik bir hissəsinə nümunə olaraq göstərmək olar ki,  tikinti obyektinin layihə ilə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə layihənin müəllif nəzarətinin təmin olunması barədə qeydlər aparılmayıb, 2 layihə üzrə tərtib edilmiş dövlət ekspertiza rəyində bildirilmiş iradlar aradan qaldırılmayıb.
Miq.Az xəbər verir ki, bir müddət əvvəl İslaminsesi.org-un Biləsuvardan olan oxucusu Fəxrəddin Aslanın araşdırmasından çox mətləblər üzə çıxıb. Araşdırmadan maraqlı məqamları siz də oxuyun və başçı haqqında təəssüratlarınızı siz də analiz edin...
Çox maraqlıdır. Sanki Mahir Quliyev qəfil sehirli tramplinlə bələdiyyə sədrinin müavinliyindən Cənub bölgəsinin ən böyük ərazi vahidi olan Astara boyda rayona icra başçısı təyin edilir. Buna onun qeyri-adi istedadı, biliyi səbəb oldu bəhanəsi gətrilə bilməz. Çünki adam 42 yaşında ali təhsil alması haqqında diplomla təmin edilib.
Uzun illər isə ancaq restoran-kafelərdə çalışıb.
Biləsuvarlılar deyir ki, Biləsuvar kimi strateji əhəmiyyətli rayonun başçısı, keçmiş kafe-restoran işçisi M.Quliyevi gündüz əlində çıraq axtarasan tapa bilməzsən. O, ilin bütün günlərini Bakıda olur.
Rayonu isə onun bölgədə "dana oğrusu” kimi ad çıxarmış köməkçiləri idarə edirlər. Bu adamlar ona görə "dana oğrusu” adını alıblar ki, bir-neçə dəfə mal-qara oğurluğuna görə həbs ediliblər.
Biz Biləsuvarda yaşadığımız üçün dəqiq deyə bilərik ki, M.Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektarlarla ərazini mənimsəyib və əkin sahəsinə çevirib.
Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. İcra hakimiyyətinin büdcəindən müxtəlif "proqramlar” üçün silinən pulların böyük hissəsi sarımsaq-qarpız əkininə sərf edilir.
Kafe-restoranlarda fəaliyyətə başlayan və dünyagörüşü kafe –restoranla gündən bu yana rayondakı mədəniyyət obyektlərini dağıdıb, yerində ticarət mərkəzləri tikdirib. Vaxtilə Muğam Teatrı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində isə mağaza tikiblər. Bu mağazalarda isə M.Quliyevin qoçu dəstəsinin qonşu İrandan gətirdiyi ərzaq və onun əkin sahəsində becərilən tərəvəz məhsulları satılır.
Tovuzquşu aşiqi olan icra başçısı
Bu icra başçısı tovuz quşunu çox sevir. Bəlkə də ona görədir ki, yezidilərin simvolu olan tovuzquşunu sevməsi icra başçısında islam dininə qarşı bu qədər aqressiya yaradıb. Mahir Quliyev rayonun axunduna tapşırıb ki azan səsini azaldın. Hətta müqəddəs Ramazan ayında da biləsuvarlılar azan səsinə həsrət qalıblar.
Qeyd edək ki, tovuzquşu yezidilik təriqətində Tanrı tərəfindən qovulmuş iblisin obrazıdır. Allah bu xalqı İblisin fitnəsindən və iblis xislətlilərdən qorusun. Amin!”.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, son hadisələr yuxarı instansiyalarda Mahir Quliyevə qarşı mənfi fikirlərin yaranmasına yol açır. Görünən odur ki, bundan sonra himayədarı belə ona dayaq ola bilməyəcək. Biləsuvar RİH-nin başçısı artıq yolun sonuna çatıb.
Mahir Quliyevin qərar tutduğu vəzifəyə necə gəldiyi, hansı hərəkətilə kreslosu ilə vidalaşmaq təhlükəsi ilə üz-üzə qaldığı və öz yaxınlarına hansı ərazilərdə villa tikdirdiyi ilə bağlı şokedici iddialardan xəbərdar olmaq üçün saytımızı izləmədə qalın.
 

Geri qayıt