Əsas Səhifə > Sosial > Polis gücləndirilmiş iş rejimində işləyəcək
Polis gücləndirilmiş iş rejimində işləyəcək28-12-2016, 21:00 |
Azərbaycan polisi bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək. “AzerTaym.az”-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTac-a bildirilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 5-dək daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcəklər.
Geri qayıt |