Əsas Səhifə > Sosial > ANS rəhbərliyinə cinayət işi açılıb —
ANS rəhbərliyinə cinayət işi açılıb —9-01-2017, 08:48 |
ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb. AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı vəkil Elçin Sadıqov özünün "facebook” səhifəzində yazıb. Araşdırma zamanı məlum olmuşdur ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan 162006055 saylı cinayət işi üzrə Qənirə Ataşovanın "Giriş-çıxış və qeydiyyat" İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulmuşdur”. E. Sadıqov əlavə edib ki, məsələ ilə bağlı prezident İlham Əliyevə müraciət edilib: "Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Eyni zamanda AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib. Geri qayıt |